“Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya Qeydiyyatçı (Çağrı Mərkəzi) vakansiyasıdır.
İş barədə məlumat:
• Çağrı mərkəzinə (Call center) daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
• Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
• Telefon zənglərinin şöbələrə və aidiyyati şəxslərə yönəldirilməsi.
Namizədə tələblər:
• Azərbaycan və rus dillərində mükəmməl səviyyədə bilməli;
• Nitqi aydın və səlis olmalı;
• Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti olmalı;
• Səbrli və məsuliyyətli olmalı;
• Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
• Yaş həddi: 19-26.
Əlavə məlumat:
• İş qrafiki: 6 günlük iş qrafikinə uyğun olaraq müəyyən edilir.
• Əməkhaqqı: 300 AZN –dən başlayır
CV-lərinizi [email protected] ünvanına "operator" başlığı ilə göndərməyiniz və ya //melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.