ACCESSBANK Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin İlkin təqib qrupunun Rəhbəri (Soft Collection) vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
• 10 nəfər və daha artıq əməkdaş sayı olan qrupun rəhbərliyi;
• Fərdi seqmentlərlə işləmək üçün strategiya hazırlanması: təminatlı və təminatsız mikro biznes kreditləri, istehlak kreditləri, kart overdraftları, ipoteka kreditləri;
• Komanda üzvlərinə dəstək, müntəzəm olaraq qarşılıqlı əlaqə, təlimlərin keçirilməsi və tapşırıqların yerinə yetirilməsinə nəzarət;
• Qoyulan hədəflərin bankın strategiyasına uyğun olmasını yoxlamaq;
• Borclularla gecikdirilmiş ödənişlər, borc və borcların qaytarılması, restrukturizasiya edilməsi barədə danışıqların və müşavirələrin aparılması;
• İş prosesinin optimallaşdırılması: prosedurların inkişafı və təkmilləşdirilməsi, sistem və telefon danışıqlarının avtomatlaşdırılması;
• Qrupun fəaliyyətinə dair hesabatların izlənməsi və təkmilləşdirilməsi;
• Geşikmiş kreditlər üzrə yeni güzəştlərin, restrukturizasiya və digər alətlərin hazırlanması;
• İşlərin vaxtında hüquq şöbəsinə və icra orqanlarına ötürülməsi;
• Bankın və onun müştərilərinin kommersiya fəaliyyətinin məxfiliyinin təmin edilməsi, mövcud qanunvericiliyin düzgün tətbiqi və müəyyən edilmiş qaydada riayət olunması.
Tələblər:
• Ali təhsil;
• Minimum 4 illik bank sahəsində iş təcrübəsi;
• Qrup rəhbəri vəzifəsində iş təcrübəsi, oxşar qrupa rəhbərlik təcrübəsi arzuolunandı;
• Azərbaycan və rus dillərini bilmək, əlavə ingilis dilini bilmək üstünlük hesab olunur;
• Kompüter bilikləri: Microsoft Office - Qrupun nəticələrini qrafik və diaqram şəklində göstərən təqdimatlar yaratmaq bacarığı;
• Yaxşı ünsiyyət və münaqişələrin həlli bacarıqları, yeniliklərə açıqlıq;
• Borc tutma və telefoniya proqramlarında texniki biliklər.
Maraqlanan şəxslər öz CV formalarını 20 Sentyabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq [email protected] elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.