Show

28 Avqust

Azərbaycan Beynəlxalq Bankı işçi axtarır

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat 
 
 Görəcəyiniz işlər:
 
CRM sistemində sistem dəyişikliklərin və əlavələrin aparılması;
CRM sistemi üzrə istifadiçilərə təlimlərin və müvafiq dəstəyin göstərilməsi;
CRM sistemində yaranan uyğunsuzluqların inteqratorla araşdırılması və aradan qaldırılması;
CRM sistemində yeni imkanların araşdırılması və onların tədbiq olunması;
SQL proqramı vasitəsi ilə məlumatların toplanılması.
Bizim üçün ideal namizəd:
 
JAVA proqramçı kimi minimum bir il iş təcrübəsinə sahib;
Ali təhsilli;
Java, SQL, üzrə dərin biliklərə sahib;
Rus və ingilis dili biliyi olan;
Analitik düşünmə qabiliyyətinə malik;
Komandada işləmək bacarığına sahib.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Korporativ CRM şöbəsinə sistem analitiki” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
 
Əlavə məlumat üçün: www.ibar.az