Show

25 Avqust

İctimaiyyətlə əlaqələr - VAKANSİYA

Araz Supermarketlər Şəbəkəsi İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

- Şirkətin siyasətinə uyğun ictimaiyyətlə əlaqələr strategiyasını hazırlamaq, ictimaiyyətlə əlaqələr kampaniyalarını müəyyən etmək, hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
- Yerli, beynəlxalq sərgilərdə və digər ictimai tədbirlərdə şirkəti təbliğ etmək, bu istiqamətdə ictimaiyyətlə əlaqələr kampaniyalarının təşkilinə və icrasına nəzarət etmək;
- Şirkətin ictimai nüfuzunun və imicinin qorunması və möhkəmləndirilməsi yolunda fəaliyyətləri təşkil etmək və onlara nəzarət etmək;
- KİV nümayəndələrinin müraciətlərinə vaxtında baxılmasını və cavablandırılmasını təmin etmək;
- Şirkətdə əlamətdar tədbirlərin həyata keçirilməsini müvafiq struktur bölmələrlə birlikdə təmin etmək;
- İctimaiyyətlə əlaqələr fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə şirkət daxili və şirkət xarici əlaqələrin genişlənməsini təşkil etmək

Tələblər:

- Ali təhsil;
- İctimaiyyətlə əlaqələr və ya media-televiziya sahəsində fəaliyyəti üzrə rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi;
- Yaradıcı düşüncəli, işinə həvəs və peşəkarlıqla yanaşması;
- Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyətlərinin olması;
- Media strategiyası, korporativ sosial məsuliyyət strategiyaları haqqında biliklərin olması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Xarici dil biliklərinin olması arzuolunandır;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;

Təminatlar:

- Servis xidməti;
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “PR Manager” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.