Show

25 Avqust

Kiçik mütəxəssis - VAKANSİYA

Ümumi məlumat

Kapital Bank namizədləri Bakı filiallarının Xidmət bölməsində Kassa üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
• Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.

Tələblər

• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
• Bankda eyni sahədə minimum 1-3 il iş təcrübəsi.
• Riyazi hesablama qabiliyyəti
• Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Kassa üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.