Show

19 Avqust

"Para BOKT" işçi axtarır – VAKANSİYA

“Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Bakı və regionlar üzrə Filial müdiri vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Filialın işini təşkil edərək, fəaliyyətinə rəhbərlik etmək;
• Təşkilatın İdarəetmə Orqanlarının qərarlarını, Rəhbərliyin əmr və sərəncamlarını icra etmək;
• Limitlər daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək;
• Təşkilatın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;
• Filialın müştəri bazasının genişləndirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli xidmətlərinin göstərilməsini təşkil etmək, kredit məhsullarının satışını təşkil etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• İşçiləri qiymətləndirmək və motivasiya etmək;
• Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
• Filiallara etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s.

Tələblər:

• Ali İqtisadi və ya hüquqi təhsil;
• Bank / BOKT sahəsində minimum 2 il iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
• Qüvvədə olan qanunvericilikləri və ARMB-nin aidiyyəti təlimatlarını bilməli;
• Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;
• Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər);
• Biznesi inkişaf etdirmə bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
• MS Office-dən istifadə bacarığı;
• Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
• Strateji və analitik düşünmə qabiliyyəti;
• Liderlik qabiliyyətinin olması.

Xüsusi bacarıqlar:

• Məsuliyyətli və dəqiq;
• Komanda işini bilən, insanları tanımaq;
• İdarəetmə qabiliyyəti;
• Strateji və analitik qabiliyyət;
• Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.

“mövzü” bölməsində Filial müdiri qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərisniz.