Show

12 Avqust

“Bank Respublika” işçi axtarır – VAKANSİYA

“Bank Respublika” ASC  Normativ sənədlərlə iş üzrə mütəxəssis vəzifəsi vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Struktur bölmələrlə əməkdaşlıq edərək zəruri məlumatları almaq və bu məlumatlar əsasında Bankın bütün növ qayda, təlimat, əsasnamə və digər bu kimi normativ sənədlərini hazırlamaq;
  • Mərkəzi Bankın qaydalarını izləmək və dəyişiklik olduğu halda onların əsasında Bankın daxili qaydalarını yeniləmək;
  • Sığorta şirkətləri ilə ünsiyyətdə olmaq və sənədləşmə işlərini həyata keçirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Hüquq təhsilli namizədlərə üstünlük verilir);
  • Azərbaycan dilində yüksək səviyyədə yazmaq bacarığı;
  • İş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili və Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Yüksək ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

İş şərtləri

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 avqust 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Normativ sənədlərlə iş üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.