Show

05 Avqust

"Avrora" işçi axtarır – VAKANSİYA

Elan : “İstehsalat üzrə operator”
İşin qısa təsviri :

Texnoloji maşınların və avadanlıqların idarə edilməsi.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, maşınların işinin tənzimlənməsinin həyata keçirilməsi;
• Gündəlik istehsal olunacaq sifarişlərin avtomatlaşdırılmış dəzgahlara proqramlaşdırılması və istehsal prosesinin başladılması;
• İstehsalat zamanı dəzgahlarda yaranan texnoloji problemlərin analiz edilməsi;
• İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət edilməsi;
• İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət edilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Dəzgah və avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki bilik və bacaqrıqlara sahib olmalı;
• Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olmalı.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali və ya orta texniki peşə təhsili (istehsalat sahəsində təhsilli olmaq daha məqsədə uyğundur);
• İş təcrübəsi : 6 aydan az olmayaraq;
• Yaş həddi : 22-45.

Bizim iş şərtləri :

• İş qrafiki : Növbəli iş qrafiki;
• İş yeri : Hökməli qəs;
• Nahar və servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstahsalat üzrə operator” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.