“Kapital Bank” ASC namizədləri “Agile” komandasına “Sənədli əməliyyatlar üzrə Menecer” olaraq qoşulmaq üçün müraciət etməyə dəvət edir.
Öhdəliklər
• Bankın sənədli əməliyyatlar üzrə siyasətinin inkişafı layihələrinin həyata keçirilməsi;
• Beynəlxalq maliyyə qurumları ilə əlaqələrin qurulması;
• Bankın müştərilərinin xeyrinə qarantiyaların verilməsinə dair təkliflərin hazırlanmasına nəzarət;
• Sənədli əməliyyatlar üzrə əqdlərin strukturlaşdırılması və sənədli əməliyyatların müşayiət olunması;
• Bankın struktur bölmələri, eləcə də iri və orta biznes subyektləri ilə sənədli əməliyyatların inkişafı məsələləri üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi;
• Kredit və sənədli əməliyyatlar üzrə bazarda qüvvədə olan tarif və faiz dərəcələrinin müntəzəm monitorinqin keçirilməsi;
• Sənədli əməliyyatlar üzrə, metodik, təlimat sənədlərin hazırlanmasında iştirak onların təsdiqi.
• Müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
• Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
• İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;
• Müştərilərin bank zəmanətləri, akkreditivlər, sənədli kolleksiyalar və idxal sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
• Müştəri Menecelərə Ticarətin Maliyələşdirilməsi məhsullarının satışında dəstək olmaq;
• KOS Skorinq modeli əsasında olan məsələləri ilə bağlı Müştəri Menecerlərə təlimin təqdim edilməsi.
Tələblər
• Sənədli əməliyyatlar sahəsində iş təcrübəsi;
• SWIFT üzrə iş təcrübəsi;
• Banklarda sənədli əməliyyatların verilmesi üzrə prosedur biliklerinin olması;
• Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə;
• Operativ qərar vermə bacarığı;
• Yüksək səviyyədə analitik bacarıqlar;
• Yaxşı ünsiyyət və nitq bacarıqları;
• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və rus dili – yaxşı səviyyədə.
CV-lərinizi, mövzu hissəsində “Sənədli əməliyyatlar üzrə Menecer” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.