Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Əsas vəsaitlərin inzibatlaşdırılması şöbəsinin mütəxəssisi (anbardar)” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Anbardar/ Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
Əsas vəsaitlərin inzibatlaşdırılması şöbəsinin mütəxəssisi (anbardar)
Vəzifə öhdəlikləri:
• Mal və materialların tələb olunan qaydada anbara qəbulu və anbardan istifadəyə verilməsi
• Mal və materialların anbarda tələb olunan qaydada saxlanılması
• Anbarda olan mal və materialların uçotu, siyahısının tərtib edilməsi və mal-materialların hərəkətinə uyğun yenilənməsi
• Bankın struktur bölmələrindən mal və materiallarla təmin edilməsi üçün daxil olmuş tələbnamələr əsasında malların təhvil verilməsi
• Mal və materialların xüsusiyyətindən asılı olaraq, onların anbarda düzgün yerləşdirilməsi
• Bankın daxili normativ sənədlərində hazırki vəzifə üçün nəzərdə tutulmuş digər işlərin icrası
Tələblər:
• Müvafiq sahədə ali təhsil
• Komandada işləmək bacarığı və stressə dözümlülük
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı
• Azərbaycan dilində səlis danışmaq bacarığı
• Rus və ingilis dili bilikləri arzuolunandır
• MS Office proqramları (Excel, Word) ilə işləmək bacarığı, komputer bilikləri
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki