NORM Quyu-tamponaj sementi sınaqlar üzrə laborant vakansiyası üzrə namizəd axtarılır.
Tələblər:
• Texniki sahədə ali təhsil
• MS Office Excel proqramı başlanğıc səviyyə üzrə biliklər
• 0-1 il tikinti materialları sahəsində iş təcrübəsi
• Cihazların yoxlama və kalibrləməsinin aparılma qaydası haqda biliklər
• API 10 A standartları haqda biliklər
• Sement xammalları haqda əsas biliklər
Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
Vəzifə və Öhdəliklər:
• Sement nümunələrinin fiziki-mexaniki analizlərini təlimata uyğun yerinə yetirmək və alınan nəticələri müvafiq cədvəllərə qeyd etmək
• Analiz nəticələrinin standartın tələbinə və daxili hədəflərə uyğun olub olmadığına nəzarət etmək, uyğunsuzluq aşkar edilərsə dərhal birbaşa rəhbərinə məlumat vermək
• Laboratoriyada istifadə olunan cihaz və alətlərin doğruluğunu təlimata uyğun yoxlamaq və bununla bağlı müvafiq formalarda qeydiyyatlar aparmaq
• Laboratoriyanın şəraitinin nümunə saxlanması və analiz aparılması üçün API 10 A standartlarına əsasən uyğunluğunun təmini
• Laboratoriyadaki cihaz və avadanlıqların Kalibrləmə və Yoxlama Planına əsasən dövri yoxlamalarını həyata keçirmək
• Laboratoriyaya gələn nümunələrin vaciblik dərəcəsinə görə testlərinin aparılması
• API 10 A standartını mütəmadi izləmək və standartda dəyişiklik olunduqda laboratoriyayadaki analiz və yoxlamalara yeni tələbləri tətbiq etmək
• KNP-də yer alan tezliyə görə quyu-tamponaj klinkerindən mütəmadi nümunələr almaq və bütün analizlərinin həyata keçirilməsini təşkil etmək
• Cihazlarda və ya alətlərdə meydana gələn problemləri təyini və birbaşa rəhbərə məlumat verilməsi
• Analizlərdə istifadə olunan maddələrin və alətlərin miqdarına nəzarət etmək və sifarişi ilə bağlı müvafiq birbaşa rəhbərə məlumat vermək
• APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun hazırlanmış sənədlərin istifadəsi
• Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Son Müraciət Tarixi: 21/07/2020