Show

01 İyul

"Atəşgah Sığorta" işçi axtarır – VAKANSİYA

Atəşgah Sığorta Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli, Günəşli) vəzifəsinə işçi axtarır.

Namizədə tələblər

• Yaş: 23-40
• Təhsil: Ali
• İş təcrübəsi: Müştəri xidməti sahəsində təcrübəsi olanlara üstünlük verilir.
• İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
• B kateqoriyalı sürücülük vəsiqəsi və sürücülük təcrübəsi olmağı mütləqdir.
• Avtomobilin texniki hissələri haqda anlayışın olması
• Yaşayış yerinin Əhmədli, Günəşli və ora yaxın ərazilərdə olması vacibdir

Əsas vəzifə öhdəlikləri

• Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
• Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
• Hadisə yerinə qəza xidmətlərini çağırmaq (DYP,FHN,Təcili tibbi yardım və s.)
• Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
• Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
• Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
• Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
• İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
• Gördüyü iş barəsində birbaşa rəhbərinə hesabat vermək.
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirirmək.

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
• Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
• Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : Cədvələ uyğun iş qrafiki
• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN
• Şəxsi avtomobilin olması zəruridir.
• Avtomobilinamortizasiya xərcləri təmin olunur
• Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi
• Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli,Günəşli) ” qeyd etmələri xahiş olunur.