Show

29 İyun

"Sumqayıt Texnologiyalar Parkı" işçi axtarır –VAKANSİYA

Vəzifənin adı: Proqram təminatı və idarəetmə sistemləri şöbəsinin müdiri, İnformasiya Texnologiyaları Departamenti

Tabeçilik: Struktur bölmə rəhbərinə

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- SQL arxitekturasının qurulmasında iştirak etmək;
- Daxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirmək;
- Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək;
- Proqram təminatının təkminləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;
- Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olmaq;
- Proqram qrupu tərəfindən yaradılan yeni layihələrin tətbiq olunmasını qiymətləndirməli və lazım olduqda həll təklifləri etməli;
- İş cədvəllərini proqramlaşdırmaq və komanda üzvlərinə tapşırıqlar vermək;
- Biznes tələblərin təhlili və tələblərə uyğun yeni proqram təminatının hazırlanması;
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatlarının işləməsinə nəzarət;
- Proqramlarda baş vermis nasazlıqların aradan qaldırılması;
- Konkret təyin edilmiş sistem və ya proqram təminatının sistemləri üçün bir və ya bir neçə proqramlaşdırma dilindən istifadə etmək. Buraya proqramlaşdırmada istifadə olunan alətlər, Web və ya digər kitabxalara daxildir;
- Proqramlaşdırma şöbəsinin işçilərinə tapşırıqlar vermək və tapşırıqların vaxtında icra olunmasına nəzarət etmək;
- İnkişaf etməkdə olan texnologiyalar, aparat və proqram təminatlarının araşdırılması.

TƏHSİL / TƏCRÜBƏ :

- Ali təhsil
- Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
- Visual studio JAVA, C#, pl-sql, asp.net, oracle forms-la işləmə bacarığı.

ƏLAVƏ MƏLUMATLAR :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şöbə müdiri, İnformasiya Texnologiyaları Departamenti” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəyi, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin / işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.