Uzun illərdir müasir standartlara cavab verən, işçi və xüsusi geyimlərin (kombinezon, kostyum, gödəkcə və s.) istehsalı, iş ayaqqabıları və fərdi mühafizə vasitələrinin (respirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı sahəsində fəaliyyət göstərən “Alyans Tekstil” şirkəti Sizi öz mehriban kollektivinə qoşulmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Satış prosesinin təşkili və şirkətin satış həcminin artırılması;
- Satış mütəxəssislərinin təlimatlandırılması, hədəflərin təyin olunması;
- Məhsul çeşidinin düzgün müəyyənləşdirilməsi üçün davamlı olaraq bazarın araşdırılması;
- Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması;
- Müştərilərlə müqavilələrin bağlanması və yeni müştərilərin cəlb olunması.
Namizədə olan tələblər:
- Ali təhsil ;
- Fərdi mühafizə vasitələrinin (FMV) satışı sahəsində minimum 5 il iş təcrubəsi;
- Azərbaycan, rus və ingilis dillərində səlis danışıq;
- Satış sahəsində yüksək bilik və bacarıqların olması;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- İdarəetmə bacarığı;
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
- Şəxsi avtomobilin olması arzuolunandır.
İş şərtləri:
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 1500-2200 AZN + bonus
Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Satış müdiri” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.