Show

10 İyun

"PASHA Life" işçi axtarır – VAKANSİYA

Struktur bölmə: İnsan resursları və daxili kommunikasiya departamenti, İşə qəbul və insan resursları əməliyyatları şöbəsi

Vəzifə: Şöbə müdiri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 21 iyun 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Şöbənin proseslərinin avtomatlasdırılmasına və avtomatlaşmış proseslərin işləkliyinə nəzarət etmək;
2. Şöbənin proseslərinin optimallaşdırılması üçün innovativ təkliflər vermək;
3. Şöbə daxili bütün proseslərin şirkətin strateji dövrünün tələblərinə uyğunluğunu təmin etmək;
4. Komanda üçün şirkətin hədəflərinə və strategiyasına uyğun hədəflərin təyin edilməsi və icrasına nəzarət;
5. Şöbəni məsuliyyəti daxilində məlumatların düzgün sistemləşdirilməsini və mövcud məlumat bazası üzrə analitik təhlillərin aparılmasını təmin etmək;
6. Analitik təhlillər nəticəsində hesabatların və təqdimatların hazırlanması, rəhbərlik və komitələr üçün zəruri hesabatların hazırlanması;
7. İnsan resurslarının idarəedilməsi üzrə beynəlxalq təcrübədə istifadə edilən metrikslərin tətbiq edilməsini, nəticələr üzrə təhlillər aparılmasını və təkliflər verilməsini təmin etmək;
8. Şirkətin digər struktur bölmələrini İR ilə əlaqəli məsələlərin icrasında istiqamətləndirmə və düzgün konsultasiyanı təmin etmək;
9. Şöbənin büdcəsinin hazırlanması və xərclərin effektiv idarə edilməsinə nəzarətin təmin edilməsi;
10. İşə qəbul, işdən azad, başqa işə keçirmə, məzuniyyət və ezamiyyət proseslərinin qanunvericiliyin və cəmiyyətin prosedurlarının tələblərinə uyğun olaraq həyata keçirilməsinə nəzarət etmək;
11. Şöbənin fəaliyyəti çərçivəsində əsasnamə, proses, prosedur, təlimatların hazırlanmasına və aktuallığına nəzarət etmək;
12. Əmək münasibətlərinin qanunvericiliyə və şirkətin dəyərlərinə uyğun tənzimlənməsi;
13. Cəmiyyətin daxili intizam və əmək münasibətləri qaydalarına riayət olunmasına nəzarət etmək, əmək münasibətləri zamanı yaranan münaqişələrin və mübahisələrin tənzimlənməsi;
14. Əmək haqqı hesablanılması sisteminin idarə olunması;
15.Mükafat modellərinin biznesin tələblərinə uyğunlaşdırılması, təhlili, qurulması və hesablanmasının təmin edilməsi;
16. İşçi tələbatının müəyyən edilməsi və əmək bazarının düzgün qiymətləndirilməsi ilə vakant yerlərin planlaşdırılmasına nəzarət etmək;
17. İşə qəbul sisteminin optimallığına, namizədlərin qiymətləndirilməsinin müasir metodlar əsasında və vəzifənin tələblərinə uyğun olaraq həyata keçirilməsinə nəzarət etmək;
18. Cəmiyyətin strateji tələblərinə uyğun namizədlərin işə qəbul prosesinə cəlb edilməsinə nəzarət etmək;
19. İşçi qrupu ilə iş analizlərinin aparılmasının və vəzifələrin qiymətləndirilməsinin təşkili;
20. Vəzifə təlimatlarının iş analizinə əsasən tərtibinin və zərurət yarandıqda yenilənməsinin təmin edilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi: İnsan Resursları əməliyyatları, əmək haqqının hesablanması üzrə iş təcrübəsi.
Təhsili/ixtisası: İstənilən sahə üzrə Ali təhsil.
Texniki bilikləri: Əmək qanunvericiliyi, İnsan Resurslarının idarəolunması sahəsində müasir trendlər üzrə biliklər
Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili – əla, Rus dili – orta
Üstünlüklər: İnsan Resurslarının idarəolunması, Maliyyə, Biznesin İdarəolunması sahələrində Ali təhsil və SQL bilikləri üstünlükdü
Kompüter bilikləri: MS Office-əla (xüsusi ilə Excel və Power Point)

Fərdi keyfiyyət tələbləri:

- Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi və əməkdaşlıq, keyfiyyət yönümlülük, geniş perspektiv, dinamikanı anlama keyfiyyətləri; strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsirgöstərmə, nəticəyə istiqamətləndirmə.
- Məlumatı toplamaq və təhlil etmək bacarığı/Güclü analitik düşüncə;
- Ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülmə bacarığı;
- Aktiv öyrənmə və araşdırma bacarığı (Özünütəkmilləşdirmə);
- Təşəbbüskarlıq və yenilikçilik bacarığı;
- Dəyişiklikləri idarə etmə bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası:

Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin müdiri” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.