Anbardar (Bakı və Şirvan şəhəri)
Əsas vəzifə öhdəliklər:
• Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
• Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
• Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək;
• Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real vaxt rejimində məlumatları daxil edilməsini təmin etmək.
• Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək.
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
• Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək
• Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
• Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək.
• Anbarın işçilərinə rəhbərlik etmək, Anbar işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq.
• Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək
Tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür);
• İş təcrübəsi: Müvafiq sahədə minimum 2-3 il;
• Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil bilikləri arzuolunandır;
• Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir, 1C proqramında işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahət günü: bazar
• Əmək haqqı:Müsahibə əsasında təyin olunur.
Vakansiyaya müraciət üçün CV-ri “Anbardar” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.