AccessBank Balansa qəbul olunmuş əmlakların satışına dəstək üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Öhdəliklər
• Bankın balansında olan əmlakın satışının təşkili
• Təqdimat materiallarının hazırlanması və İnternet meydançalarında (saytlarda) yerləşdirilməsi
• Potensial müştərilərlə görüşlər və məsləhətləşmələr, müştərilərlə iş
• Daşınmaz əmlak obyektlərinin müştərilərə nümayiş etdirilməsi
• Sövdələşmələrin bütün mərhələlərində müştərilərin müşayiət olunması, müqavilələrin bağlanması.
Tələblər
• Ali təhsil
• Kredit sahəsində ən azı 1 il təcrübə
• MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarını yaxşı səviyyədə bilmək
• Güclü ünsiyyət və komandada işləmək bacarığı
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (ingilis dili biliyi üstünlük hesab olunur);
• Diqqətlilik, məsuliyyətlilik, gündəlik işi yerinə yetirmək bacarığı.
Maraqlanan şəxslər aşağıdaki link-dən istifadə edərək öz CV formalarını göndərə bilərlər.
//www.accessbank.az/az/our-bank/vacancies/