Show

02 İyun

\"Paşa Holdinq\" işçi axtarır - VAKANSİYA

"Paşa Holdinq" mühasib vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

Mühasib vəzifəsinə tələblər:

• Hesab fakturaların, ödəniş tələbnamələrinin, müqavilələrin, maliyyə çıxarışlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və müqayisə edilməsi, yarana biləcək qeyri müyyənliklər aydınlaşdırılması üçün təchizatçılar ilə əlaqə yaradılması, eyni zamanda təchizatçıların bütün sorğularının cavablandırılması;
• Əməkdaşların təsdiq edilmiş xərc hesabatlarının yoxlanılması və avans sorğunalarına əsasən onlara ödənişlərin edilməsi;
• Təchizatçılara ediləcək ödənişlərin nəzarətda saxlanılması, hesab-fakturaların və xərclər üzrə hesabatların əsasında hesablara və xərc mərkəzlərinə salınması, qeydiyyatı və xərclərə nəzarət;

• Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
• Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
• Təchizatçıların sənədlərinin idarə edilməsi;
• Ehtiyac yarandığı halda, xüsusilə ay sonlarında Baş mühasibə dəstəyin göstərilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
• Sahədə minimum 2 il iş təcrübəsi;
• Vergi (ƏDV, ÖMV, Əmlak və s.), statistika hesabatlarının təqdim olunması üçün biliklər;

• MS Office proqramlarının mükəmməl biliyi;
• Güclü ünsiyyət bacarıqları;
• Azərbaycan və ingilis dillərinin səlis biliyi, rus dili üstünlükdür;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Mühasib” qeyd olunmalıdır;
• CV-lər 1 iyul 2020-ci il tarixinə qədər göndərilməlidir;

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.