Sumqayıt Texnologiyalar Parkı Aparıcı şəbəkə inzibatçısı, İT departamenti işçi axtarır.
Tabeçilik: Struktur bölmə rəhbərinə
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şəbəkə proqramlarını serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
- Router, Switch və Firewall-ları təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq;
- Proqram təminatının inteqrasiyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- İnternet resurslarının istifadəsinə nəzarət etmək;
- Xarici, daxili və beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- İstifadəçilərə serverlər və digər resurslara aid məhdudiyyətləri qurmaq;
- Monitorinq sistemi vasitəsilə infrastruktur şəbəkə elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək.
TƏHSİL / TƏCRÜBƏ :
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Cisco avadanlıqlar üzrə təcrübə;
- LAN / WAN şəbəkə texnologiyaları haqqında biliklıəri və işləmə qabiliyyəti;
- IPSec / VPN texnologiyaları (site-to-site vpn / remote access vpn), dinamik routing protokolları üzrə biliklər(rip, ospf, eigrp);
- Palo Alto avadanlığı üzrə təcrübə arzuolunandır;
- Sertifikatlar: CCNA / CCNP.
ƏLAVƏ MƏLUMATLAR :
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Şəbəkə inzibatçısı, İT departamenti” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.