Kontakt Home Anbar işçisi (Masallı) işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Məhsulların anbarda qəbulu, saxlanması və oradan təhvil verilməsini həyata keçirmək;
• Məhsulların səliqəli və müəyyən edilmiş qaydada anbarda yığılmasını təmin etmək;
• Anbara daxil olan və anbardan verilən məhsulların uçotunu aparmaq;
• Mağazaya daxil olan malların boşaldılması və yerləşdirilməsi;
• Təhlükəsizlik qaydalarına əməl etmək;
• Müştərilərə məhsulları təqdim etmək;
• Görülmüş işlər barədə mağaza rəhbərliyinə məlumat vermək.
Tələblər:
• Azərbaycan dilini mükəmməl bilməli;
• Bu sahədə iş təcrübəsi arzuolunandır;
• Fiziki cəhətdən güclü olmalı;
• Məsulliyyətli, punktual, komandada işləmək bacarığı;
Şəxsi keyfiyyətlər:
• İnsanlarlarla ünsiyyət qurmaq bacarığı;
• Diqqətli və məsuliyyətli;
• Səliqəli.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbar işçisi (Masallı) ” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.