Show

18 May

"AZƏRSUN HOLDİNQ" işçi axtarır – VAKANSİYA

AZƏRSUN HOLDİNQ Mühasib (Bölgələr) Vəzifəsinə işçi axtarır.

Namizədə aid tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.

İş haqqında məlumat:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.

İş yeri:  İmişli, Kürdəmir və Biləsuvar rayonları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adını “Mühasib (Bölgələr)” qeyd etməklə göndərə bilərlər.