Show

01 May

\"AVRORA\" işçi axtarır – VAKANSİYA

“AVRORA” MMC “Mexanik” vakansiyanı açıq elan edir.

Vəzifələr:

- Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
- İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
- Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq;
- Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsini, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
- Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi.

Tələblər:

- Yaş: 25-45
- İstehsalatda texnika və avadanlıqların iş prinsipi və mexanizmlərinin idarəedilməsi ixtisası üzrə ali və ya orta ixtisas təhsili;
- Mexanik kimi ən azı 3 il analoji iş təcrübəsi (istehsalatda texnika və avadanlıqların iş prinsipi və mexanizmi barədə ixtisas təlimləri keçməsi arzuolunandır).

İş Şərtləri:

- Növbəli iş qrafiki;
- AR ƏM-nə uyğun sənədləşmə;
- Şirkət hesabına nahar;
- İş yeri: Hökməli qəs.(servis şirkət tərəfindən təmin olunur).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.