Show

16 Aprel

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

“ABB” ASC Təşkilati işlər və metodologiya departamentinə Bankda Elektron Sənəd Dövriyyəsi (ESD) Sisteminin qurulması layihəsi üçün Aparıcı/Baş mütəxəssis vakansiyası elan edir

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Bankın Baş Ofis və filiallarında yeni ESD Sisteminin qurulması layihəsinin koordinasiyasının həyata keçirilməsi üçün layihə idarəetməsi, yüksək kommunikasiya kompetensiyalarına malik, sənədləşdirmə işinin avtomatlaşdırılması sahəsində təcrübəsi və ya marağı olan namizədləri peşəkar komandamıza qoşulmağa dəvət edirik!

Namizədin vəzifə öhdəlikləri:

  • Bankın sənəd dövriyyəsi ilə bağlı mövcud sisteminin təhlil edilməsi və hesabatların hazırlanması;
  • Bankda sənəd dövriyyəsinin avtomatlaşdırılması ilə bağlı təkliflərin hazırlanması və kommunikasiyası;
  • ESD sisteminin qurulması əlaqədar vendor şirkət və Bankdaxili aidiyyatı strukturlarla gündəlik əlaqələndirmənin həyata keçirilməsi;
  • ESD sisteminin qurulması ilə bağlı fəaliyyət planı layihəsinin hazırlanması, icrasının izlənilməsi, statusun yenilənməsi və icra barədə dövrü hesabatların hazırlanması;
  • ESD sisteminin bankda tətbiqi ilə bağlı effektiv kommunikasiya və maarifləndirmə işlərinin təşkili

Namizədə olan tələblər:

  • Sənədlərlə iş, IT, Layihə idarəetməsi üzrə təcrübə;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Yüksək səviyyəli analitik bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Yüksək planlaşdırma və icra keyfiyyətləri;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dili bilikləri arzuolunandır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  8 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ESD layihəsi üçün Aparıcı/Baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az