Biznes planlaşdırılması və büdcə nəzarəti şöbəsinin müdirinin v.i.e./ Biznes planlaşdırılması və büdcə nəzarəti / maliyyə təhlili şöbəsinin meneceri
Tələblər:
- Bankda və ya digər maliyyə strukturlarında maliyyə analitiki/büdcə nəzarəti üzrə mütəxəssis vəzifəsində iş təcrübəsi;
- Maliyyə hesabatlığının ətraflı təhlilinin aparılması (mühasibat hesabatlığının əsas hesabatlarının təyin edilməsi – balans; maliyyə nəticələri haqqında hesabat; pul vəsaitlərinin hərəkəti haqqında hesabat; büdcə nəzarəti);
- Təşkilatın ehtiyatlarından istifadənin səmərəliliyinin təhlilinin aparılması və layihələrin rentabelliyinin qiymətləndirilməsi;
- təhlillər əsasında proqnoz və tövsiyələr hazırlamağı bacarmaq, təhlilin nəticələrini yazıl formada savadlı şəkildə ifadə etmək;
- Təcrübəli PK istifadəçisi (MS Office paketi, Power Point-də təqdimatlar hazırlamaq bacarığı, MS Excel üzrə qabaqcıl istifadəçi);
- Analitik qabiliyyət, təfəkkürün sistemliliyi, əla kommunikasiya qabiliyyəti.
Vəzifələr:
- Növbəti maliyyə ili üçün Bankın büdcəsinin formalaşdırılması;
- Bankın inzibati-idarəetmə xərclərinin və kapital qoyuluşlarına nəzarət və təhlili;
- Bankın xərclərinin allokasiyası üzrə hesabatların tərtib edilməsi;
- Bankın məsrəflərinin səmərəliliyinin təhlili;
- Bankın maliyyə təhlili və effektivliyinin qiymətləndirilməsi;
- Bank sektorunun makroiqtisadi təhlilinin aparılması;
- Bankın balansının proqnoz strukturunun, mənfəət və zərərlər haqqında hesabatının əsas parametrlərinin işlənməsi;
- Bankın maliyyə hesabatlığının təhlili, biznes göstəricilərinin icrasının proqnozlaşdırılması və aparılmış təhlillər əsasında tövsiyələrin verilməsi.
Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).