“Bizim Market” Tikinti üzrə Auditor vəzifəsinə işçi axtarır.
Namizədə olan tələblər:
• Ali təhsil
• Tikinti sahəsində minimum 3 il iş təcrübəsi
• Təhlil aparmaq bacarığı;
• Təşəbbüskar olmalı;
• Kompüterdə sərbəst işləməyi bacarmalı;
• İnkişafa meyilli olmalı;
• Məsuliyyətli və diqqətli olmalı.
• Müstəqillik və obyektivliyi saxlamaq bacarığı;
• Güclü tədqiq və təhlil etmə bacarığı, nəticələrin təqdim edilməsinə fəal yanaşma;
• Tikinti üzrə hesabatların hazırlanması bacarıqları;
• İngilis və rus dillərini bilməsi üstünlükdür.
İş haqqında məlumat:
• Risklərin idarəetməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarda həmin proseslərinin inkişafına dair tövsiyyələri vermək.
• Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yaxından iştirak.
• Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək.
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq.
• Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək.
• Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək.
• Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək.
• Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq.
• Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək.
• Tikintiyə daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək.
• Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.
• Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək.
• Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
• Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.
İş şəraiti:
• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı razılaşma əsasında
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Vakansiyaya müraciət üçün CV-ləri “Auditor” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.