“Avtolüks Azərbaycan” üçün Jaguar Land Rover brendini təmsil edəcək rəhbər tələb olunur.
İş vaxtı qrafik üzrə müəyyən olunur:
Namizədə olan tələblər:
1. 5 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 22-35 ;
Vəzifə öhdəlikləri:
1. Təmsil etdiyi brendlərin standartları və siyasəti haqda məlumatlı olmaq
2. Təmsil etdiyi brendlərin standartlarını tətbiq etmək və daima təkmilləşdirmək
3. Mütəmadi satış və servis üzrə yoxlanışları aparmaq və çatışmazlıqları müəyyən etmək və müvafiq təkliflərin hazırlamaqvə rəhbərliyə təqdim etmək.
4. Satışların artırılması üçün işgüzar danışıqların aparmaq və yeni müştəriləri cəlb etmək.
5. Mütəmadi tədbirlərin keçirilməsi üçün təkliflər vermək, təşkil etmək, nəticələrinin analizi, bu haqda hesabat hazıırlamaq və rəhbərliyə təqdim etmək.
6. Müştəriləri gülərüz qarşılamaq və sifarişlərin qəbulu, lazım olduqda konfiquratorda müştəri ilə birgə avtomobilin virtual yaratmaq
7. Təmsil etdiyi brendin satışlarının və digər məlumatların həmin brendlərin portallarına daxil etmək
8. Rəqib brendlərin qiymət strategiyası,kampaniyaları və digər təqdimatları haqda mütəmadi malumat əldə etməli və rəhbərliyə xüsusi təkliflər verməli
9. Müştəri məmnuniyyətinin və müştərilərin şirkətə loyallığının artırılması üçün sorğuları analiz etməli və daima müştərilərlə əlaqədə olmalı, problemli sahələr üzrə rəhbərliyə təkliflər verməli
10. Təmsil etdiyi brendin əməkdaşları ilə şirkətin aylıq göstəricilərini müzakirə etməli və daima həmin göstəricilərin artırılması və maksimum həddə çatdırılması üçün çalışmalı
11. İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
12. İllik satış və təşviqat proqramı hazırlamaq;
13. Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq;
Email : [email protected]
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.