Baku Electronics BAŞ MÜTƏXƏSSİS (Proseslərin İdarəolunması Departamenti) işçi axtarır.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsində)
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi. Maliyyə və Audit sahəsi üzrə iş təcrübəsi arzu olunandır,
- Azərbaycan dili (şifahi və yazılı -əla), Rus dili və ya ingilis dili(şifahi və yazılı -orta),
- Ms office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Vəzifə və səlahiyyət bölgüsünü görmək,
- İnformasiya mübadiləsini təyin etmək,
- Mövcud biznes proseslərini təhlil etmək,
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələbləri müəyyənləşdirmək,
- Məlumat toplamaq, tapşırıqları aydınlaşdırmaq, analizini təmin etmək,
- Prosesləri təkmilləşdirmək,
- Prosesin avtomatlaşdırılması üzrə tədbirləri təmin etmək,
- Prosesi yenidən dizayn və modelləşdirmək,
- Prosesin effektivliyinin ölçülməsi üçün nəzarət nöqtələri (KPI) üzrə təkliflərini təqdim etmək,
- Biznes proseslərin təsvirinin yazımı, dəstək və monitorinqi təmin etmək,
- Proseslərə nəzarət etmək,
- Hesabat və prezentasiyalar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
"Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.