“AFB Bank” ASC müxtəlif vakansiyalar üzrə işçilərin qəbulunu elan edir.
Bank aşağıdakı vakansiyalar üzrə əməkdaşları işə dəvət edir:
- Proseslərin İdarə Edilməsi Strukturu - Baş mütəxəssis / Aparıcı mütəxəssis / Mütəxəssis
- Baş ofis - Resepşn
- Filiallar üzrə - Resepşn
- İnsan Resursları Strukturu - Mütəxəssis
- Rəqəmsal Bankçılıq Strukturu - Aparıcı mütəxəssis
- Komplayns və Nəzarət strukturu / Komplayns sahəsi üzrə - Menecer
- Komplayns və Nəzarət Strukturu - Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis
- Kredit Anderraytinq Strukturu - Baş mütəxəssis
- Hüquq Strukturu - Baş mütəxəssis / Aparıcı mütəxəssis
- Bakı və Gəncə filialları - Kredit inzibatçılığı üzrə təcrübəçi
- “Sahil” filialı - Müştəri xidməti bölməsi, Aparıcı mütəxəssis
- Bakı filialları - İstehlak kreditləri üzrə kiçik mütəxəssis
- Bakı, Gəncə, Qəbələ filialları - Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis
- Bakı və Qəbələ filialları - Mikrokreditlər üzrə Mütəxəssis/kiçik mütəxəssis
- Korporativ Bankçılıq Strukturu - Məhsul və xidmətlərin satışı üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis
- Pərakəndə Bankçılıq Strukturu - Mütəxəssis / Kiçik mütəxəssis
- Filiallar üzrə Pərakəndə və Korporativ istiqaməti - Kredit meneceri
Vakansiyalar barədə daha ətraflı məlumat üçün //afb.az/az/vacancy/17 linkinə daxil ola bilərsiniz.
Uyğun namizədlərdən CV və portfoliolarını mövzu bölməsində vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.