“AVRORA” MMC “Kimyaçı Mühəndis” vakansiyanı açıq elan edir.
Vəzifələr:
- Laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
- İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etmək;
- İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizlərini aparmaq;
- Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmaq;
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
- Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq.
Tələblər:
Ali təhsil (kimya, biologiya, tibbi biologiya (mikrobioloq) sahəsində);
Kimyaçı - laborant və ya laborant mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi olmalı;
MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş Şərtləri:
Növbəli iş rejimi;
Şirkət hesabına nahar;
Tibbi Sığorta ilə təminat;
İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kimyaçı Mühəndis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.