Show

07 Mart

"Bakcell" işçi axtarır - VAKANSİYA

"Bakcell" Konseptual satış nöqtələrinin inkişaf etdirilməsi və yeni satış kanalları üzrə şöbə rəhbəri vəzifəsi üzrə vakansiyalar elan edir.

Vakansiya haqqında

İdarə : Satış
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Daimi
İş qrafiki : Standart
Son müraciət tarixi : 16.03.2020

Sizin əsas vəzifə öhdəlikləriniz

* Konseptual satış nöqtələri üçün yeni satış kanalları strategiyasını təşkil etmək və bazar strategiyasına uyğun olaraq icrasını təmin etmək
* Konseptual satış nöqtələrinin əməliyyatlar strategiyasını yaratmaq
* Gündəlik, aylıq, həftəlik hesabatları təhlil etmək və rəhbərliyə təqdim etmək
* Büdcə planlamasını aparmaq və il ərzində xərclərə nəzarət etmək
* Müvafiq təlimatlar tətbiq etməklə konseptual satış nöqtələrində yüksək səviyyəli müştəri xidmətlərini təmin etmək
* Konseptual satış nöqtələrinin digər satış və xidmət kanalları üzrə düzgün paylanmasını tənzimləmək və gələcək konseptual /françayzinq satış nöqtələri üçün müştəri təcrübəsi qurucusu olmaq
* Konseptual satış nöqtələrinin əməliyyatlar prosesindən, işçilərin fəaliyyətindən və müştəri xidməti səviyyəsindən məsuliyyət daşımaq
* Əməliyyatlar və kommersiya effektivliyini təmin etmək məqsədilə müxtəlif satış və müştəri ilə ünsiyyət kanalları arasında uyğunlaşmanı koordinasiya etmək
* İşçilərin təlim və inkişaf proqramları üçün müvafiq təhlilər aparmaq və təkliflər vermək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* İqtisadiyyat, Biznesin İdarə olunması və ya müvafiq sahələrdə Ali təhsil
* Satış kanallarının idarəolunması və ya müştəri təcrübəsi proqramları üzrə ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və ya bank sahəsində iş təcrübəsi üstünlük hesab olunur)
* Büdcə planlaması, satış hədəflərinin təyin olunması və layihələrin idarə olunması üzrə təcrübə
* Komanda idarəetmə üzrə təcrübə mütləqdir

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Müştəriyönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü
* İdarəetmə qabiliyyəti
* Analitika qabiliyyəti
* Satış qabiliyyəti
* Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlükdür)
* MS Office proqramlarını mükəmməl bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Konseptual satış nöqtələrinin inkişaf etdirilməsi və yeni satış kanalları üzrə şöbə rəhbəri ” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.