Show

06 Mart

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

“ABB” ASC  Hüquq Departamenti Beynəlxalq əqdlər və xarici məhkəmələrlə iş şöbəsinə Hüquqşünas vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Beynəlxalq maliyyə bazarlarını mütəmadi izləmək və yenilikləri banka tətbiq etmək;
  • Bankın xarici müştəriləri və kontragentləri ilə yaranan mübahisələrin həllinə nail olunması istiqamətində tədbirlər görmək, bu məqsədlə onlarla aparılan danışıqlar prosesində iştirak etmək;
  • Xarici məhkəmə və arbitraj proseslərində bankı təmsil etmək;
  • Dövlətarası beynəlxalq konvensiyalardan irəli gələn və banka aid olan vəzifələrin yerinə yetirilməsində hüquqi dəstək vermək;
  • Müqavilələri tərtib etmək və hüquqi ekspertizadan keçirmək;
  • Qeyri-rezident dövlət və qeyri-dövlət qurumları ilə danışıqlar və yazışmalar aparmaq;
  • Bankın jurnalında dərc olunacaq və əməkdaşların hüquqi biliklərini genişləndirmək məqsədi ilə informativ xarakterli məqalələr yazmaq;
  • Xarici dövlətlərin maliyyə sektoru ilə bağlı qanunvericiliyini analiz etmək;
  • Qanun layihələrini nəzərdən keçirmək və rəy bildirmək.

Vakant vəzifə üzrə tələblər:

  • Hüquq/Beynəlxaq Hüquq üzrə ali təhsil;
  • Azərbaycan, Rus, İngilis dillərində mükəmməl danışıq və yazı bacarığının olması;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
  • Xarici şirkətlərdə iş təcrübəsi arzuolunandır.

Davranış səriştələri:

  • Analitik düşüncə qabiliyyəti
  • Detallara diqqət
  • İnandırıcılıq
  • Qərar vermə
  • Yazı qabiliyyəti

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Beynəlxalq əqdlər və xarici məhkəmələrlə iş şöbəsinə hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az