Show

03 Mart

"Bank of Baku" işçi axtarır – VAKANSİYA

Bank of Baku Risklərin idarə edilməsi departamentinin aparıcı eksperti vəzifəsinə işçi axtarır.

Əsas vəzifə və öhdəliklər

- Bankın bazar risklərinin (valyuta, faiz dərəcəsi və s.) idarə edilməsi prosesində iştirak etmək
- Bazar risklərinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsində iştirak etmək
- Əsas bazar riski funksiyaları üçün erkən xəbərdarlıq meyarlarının və prosedurlarının müəyyənləşdirilməsində iştirak və bazar göstəriciləri üzrə proqnozların hazırlanması
- Stress testlər/ssenari təhlil, digər modellərin və onların metodologiyalarının hazırlanması və tətbiqi

Seçim meyarları

- İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
- Əla Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
- MS Office (Word, Excel) ilə işləmək bacarığı
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Yaradıcı və analitik düşüncə tərzi
- Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq
- Dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

- İş yeri: Baş İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Risklərin idarə edilməsi departamentinin aparıcı eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər