Show

04 Mart

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

“ABB” ASC İnformasiya texnologiyaları departamentinin  Bank sistemlərinin inkişafı şöbəsinə Back end üzrə proqramçı vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Namizədin vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanma və tətbiq məntiqini anlayaraq alqoritmlərinin yaradılması;
  • Proqram təminatının tətbiqi üçün hazırlanmış “Texniki sənədləri”n tətbiq edilməsi;
  • Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
  • Yeni servis, proses və məhsulların sıfırdan yaradılması;
  • Mövcud servis, proses, məhsullarla işləyərək onların funksionallıqlarında və kodlarında düzəlişlər, dəyişikliklər və ya optimallaşdırmaların həyata keçirilməsi;
  • Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması;
  • Yeni yazılan servis, proses və məhsulları mövcud servis, proses, məhsullar və aidiyyati sistemlər ilə inteqrasiyasının təmin edilməsi.

Namizədə olan texniki tələblər:

Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:

  • OOP prinsipləri
  • Verilənlərin Strukturlaşdırılması və Alqoritmlər (DATA Structures and Algorithms)
  • XML
  • JSON
  • REST, DATA Service, Web servislərinin yaradılması və inteqrasiyaların həyata keçirilməsi;
  • IBM Integration Bus üzrə biliklərə sahib olması arzuolunandır;

Namizədə olan digər tələblər:

  • 2 ildən artıq iş təcrübəsi (aidiyyati sahə üzrə - Bank və ya digər oxşar maliyyə müəssisələrində aidiyyati vəzifə üzrə təcrübənin olması arzuolunandır);
  • Yüksək səviyyəli analitik bacarıqlar;
  • Yeni trend və texnologiyalardan məlumatlı olmaq;
  • Komandada işləmək bacarığı;
  • Agile İdarəetmə Metodologiyaları ilə idarəetmə və ya Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla xüsusilə Scrum komandalar ilə iş bacarığı arzuolunandır;
  • Dil bilikləri
    • Azərbaycan dili,
    • İngilis dili (Texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə edə bilmək üçün ən azı başlanğıc biliklərə sahib olmalıdır);
    • Rus dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20 mart  2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back end üzrə proqramçı (IBM Integration Bus)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az