Show

03 Mart

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə iOS developer vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • iOS platformasında mobil tətbiqetmələrin dizaynı və qurulması;
  • Xidmət və sistemlərin mobil tətbiqetmələrə inteqrasiyası;
  • Tətbiqlərin keyfiyyətini və işləməsini təmin etmək, mobil tətbiqetmələrin monitorinqi, tətbiq səhvlərini düzəltmək və digər texniki problemlərin həlli;
  • Potensial problemlərin müəyyənləşdirilməsi və tətbiq problemlərinin həlli;
  • Davamlı olaraq tətbiq yeniləməsinin hazırlanması

Bizim üçün ideal namizəd:

  • Ən az 1 il iOS proqramlaşdırma təcrübəsi olan;
  • Objective-C və ya Swift dillərindən istifadə etmə bacarıqları olan;
  • OOP, Apple dizayn prinsipləri və interface təlimatları haqqında məlumatlı olan;
  • MVVM MVC dizayn prinsiplərindən ən az biri haqqında anlayışı olan;
  • REST API’larla işləmə bacarığı olan;
  •  Git, CI/CD pipeline təcrübəsi olan;
  • Komanda ilə işləmə bacarığı olan;
  • AppStore'da ən az 1 tətbiqi olan;
  • Texniki İngilis dili biliklərinə sahib olan biridir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  20 mart 2020-ci il  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.