Show

03 Mart

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı  “Ödəmə terminalları üzrə məsləhətçi” vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Nağd əməliyyatlarının (kredit ödənişləri, hesaba mədaxil, xidmət haqlarının ödənişi və s). aparılması üçün müştərilərin Bankın filial və şöbələrində quraşdırılmış ödəniş terminallarına yönləndirilməsi və onların təlimatlandırılması

Davranış səriştələri:

  • Komandada işləmə qabiliyyəti.
  • Gərgin əmək şəraitində işləmə qabiliyyəti.
  • Peşəkar, məsuliyyətli, diqqətli olmaq.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil.
  • Kompüterdə iş bacarığı – MS Office proqramları
  • Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləmək və yüksək səviyyədə bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  16 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ödəmə terminalları üzrə məsləhətçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az