Şirkət Laboratoriya məhsulları üzrə satış mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir.
Laboratoriya məhsulları üzrə mütəxəssis:
- Bazarı xarakterizə edən məlumatları toplayır, analiz edir, perspektivləri qiymətləndirir;
- Marketinq strategiyası və marketinq planının hazırlanmasında iştirak edir;
- Laboratoriya məhsullarının satışını artırmaq məqsədilə stimullaşdırıcı aksiyalar keçirir və təqdimatlar təşkil edir;
- Satışın düzgün təşkil edilməsini təmin edir;
- Potensial müştərilərin əməkdaşlığa cəlb olunmasını təmin edir;
- Müştərilər haqqında məlumat bazası yaradır;
- Müştərilərlə iş və görüş planı həyata keçirir.
Tələblər:
Ali təhsil (Kimya-biologiya və ya tibbi təhsil arzuolunandır);
Müvafiq sahədə iş təcrübəsi;
Satış bacarıqları;
Müştərilərlə ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
Azərbaycan və rus dillərini bilmək vacibdir.
İngilis dilini bilmək arzuolunandır.
Maraqlananlar CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Laboratoriya” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.