Biznes analitik
Ümumi məlumat
Kapital Bank namizədləri Pərakəndə məhsullar şöbəsinin biznes analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Məhsullar üzrə maliyyə hesabatlarının hazırlanması;
• Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə əlaqədar sturkturlar və filiallarla daimi əlaqədə olmaq;
• Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması.
Tələblər
• Maliyyə, İqtisad sahəsində ali təhsil;
• Bank sektorunda minimum 2 il iş təcrübəsi;
• Yüksək səviyyədə MS Office bilikləri (xüsusən excel);
• Yüksək maliyyə bilikləri;
• Elementar SQL biliyi;
• Prezentasiya tərtib etmə və təqdim etmə bacarığı;
• Əla səviyyədə Azərbaycan dili, Rus və İngilis dili biliyi arzuolunandır.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Pərakəndə məhsullar şöbəsinin analitiki" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.