Show

18 Fevral

Veysəloğlu işçi axtarır - VAKANSİYA

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir

Vəzifə: Əmək haqqı hesablanması üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 1 il
Təhsil: Ali
Yaş həddi: 20-35
İşin təsviri: Əmək haqqı ilə bağlı olan bütün prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

- Əməkdaşların əmək haqqılarını hesablamaq;
- Ay ərzində şirkət əməkdaşlarının davamiyyətlərini izləmək;
- Ay ərzində işdən çıxmış əməkdaşların Son haqq-hesablarının hesablanıb mühasibatlıq şöbəsinə göndərilməsini təmin etmək;
- Əməkdaşların avanslarının hesablanması və mühasibatlıq şöbəsinə göndərilməsini həyata keçirmək;
- Ay ərzində əmək haqqı ilə bağlı tələb edilən hesabatları hazırlayıb üst rəhbərliyə təqdim etmək;
- Maliyyə struktur bölməsi ilə birlikdə PL hesabatının yoxlanılmasını icra etmək ( əmək haqqı üzrə);
- Ay ərzində Pronet proqramına daxil edilən icazə müraciətlərinin izlənilib təsdiq edilməsini təmin etmək.

Tələblər:

- Əmək haqqı hesablanması qaydalarını bilmək və bu sahədə təcrübə mütləqdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- MS Office (xüsusilə Excel ) kompüter proqramlarından mükəmməl istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat ilə çatdırılır.
- Nahar ilə təmin edilir.
- 5 günlük iş qrafiki.
- Əmək müqaviləsi.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Əmək haqqı hesablanması üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.