Show

15 Fevral

"METAK" işçi axtarır – VAKANSİYA

METAK Xadimə vəzifəsinə işçi axtarır.

İşin təsviri:

• İnzibati binalarda yerləşən xidməti otaqları, dəhlizləri, pilləkənləri, sanitar qovşaqları və s. yığışdırmaq;
• Müvafiq avadanlıqlar, kimyəvi preparatlar və təmizləyici üsullardan istifadə etməklə səthləri təmizləmək;
• Otaqlar, dəhliz, mətbəx, pəncərə, paltar saxlanan yerlər və digər iş ərazilərini gigiyena standartlarına uyğun olaraq təmizləmək;
• Bütün işləri texniki tələblərə uyğun olaraq yerinə yetirmək.

Tələblər:

• Orta təhsil;
• Yaş həddi: 35 – 50 yaş;
• 1-3 il iş təcrübəsi;
• Fiziki sağlam;
• Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı olmalı.

İş şəraiti:

• Əmək haqqı: 400 azn
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir;

Maraqlananlar saytda onlayn-anketi dolduraraq //www.metak.az/resume/resume.php?vid=36 və ya [email protected] ünvanına CV göndərərək 14.03.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.