Show

13 Fevral

"Veysəloğlu" işçi axtarır – VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu Daxili nəzarət mütəxəssisi vəzifəsinə işçi axtarır.
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 2-3il
Təhsil: Ali (maliyyə və audit ixtisaslı namizədlərə üstünlük verilir)
Yaş həddi: 25-35

İşin Təsviri:

Risklərin qiymətləndirilməsi, maliyyə hesablarının dəqiqliyini, etibarlığını və mühasibat uçotu məlumatları sistemlə düzgün tətbiqini nəzarətdə saxlamaq.

Vəzifə öhdəlikləri:

- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.

Tələblər:

- Dəqiq və məsuliyətli olmaq;
- Problemləri həll etmə bacarığı;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur və Əmək bazarında rəqabətə davamlıdır.

Təminatlar:

- Şəxsi nəqliyyat vasitəsindən istifadə olunduqda yanacaq və amortizasiya xərcləri qarşılanır
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.