“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal hazırda aktiv olan vakansiya: Arxiv işləri üzrə aparıcı mütəxəssis.
İşin təsviri:
• Müvafiq Qanunvericilik biliklərinə sahib olunması;
• Arxiv üzrə sorğu vasitələrini (bələdçi kitabı, göstərici, xülasə, kataloq) hazırlanması, onları təşkil və təhlil edilməsi;
• Hesabat üçün arxivdə sənədlərin təşkili barədə məlumat hazırlanması;
• Sənədlərin saxlanması, uçotu və səmərəli yerləşdirilməsi;
• Sənədlərin axtarılması işlərin təşkil edilməsi;
• Sənədlərin mövcudluğu və fiziki-kimyəvi vəziyyətinin yoxlanması, cildlənməsi və bərpa üçün hazırlanması;
• Qanuna uyğun sənədlərin məhvinin təşkili;
• Dezinfeksiya və qutulara yığılması işlərin təşkil edilməsi.
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis (üstünlük verilir) dillərini bilməsi;
• Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
• Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı.
Namizədlərdən CV-lərini “Arxiv işləri üzrə aparıcı mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.