"Kontakt Home" Reklam yerlərinin satışı üzrə mütəxəssisi vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Kommersiya təkliflərinin hazırlanması;
• Reklam sahələrinin ölçülməsinin koordinasiyası;
• Qiymətin formalaşmasında iştirak etmək;
• Təqdimatların hazırlanması;
• Müştərilərlə əlaqə;
• Satışın qeydiyyatı;
• Çap prosesinin koordinasiyası və reklamların yerləşdirilməsi;
• Müştərilərə hesabatın təqdim olunması;
• Rəhbərliyə hesabatın təqdim olunması.
Tələblər:
• Reklam yerlərinin satışı sahəsində iş təcrübəsi arzuolunandır;
• Azərbaycan, rus və ingilis dillərini bilməlidir;
• Ofis proqramlarını bilməlidir.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Reklam yerlərinin satışı üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.