Show

08 Fevral

"Bank BTB" işçi axtarır - VAKANSİYA

Bank “BTB” ASC Marketinq Departamenti, Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

• Bankın marketinq siyasətini və marketinq planını hazırlanmasında iştirak edir.
• Bankın reklam və təşviqat üzrə layihələrini idarə edilməsi.
• Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının, illik hesabatların və POS materiallarının dizaynının hazırlanmasını və nəzarətini təmin edilməsi.

• Bankın brend kitabına uyğunluğa nəzarət edir və onun yerinə yetirilməsi üzərində monitorinq aparır.
• Bankın rəsmi internet və facebook səhifəsinin idarə olunmasına nəzarət, dizayn və saytın struktur dəyişikliklərinə dair təkliflərin verilməsi.
• Bankın ictimai əlaqələrin qurulması və idarə olunması.
• Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərilməsi.
• Bankın korporativ sosial məsuliyyət layihələrinin idarə edilməsi.
• Bankdaxili qaydalara müvafiq olaraq, şöbənin fəaliyyəti barədə hesabatlar hazırlayır.

Namizədə tələblər:

- ali iqtisadi və ya biznes üzrə təhsili;
- ən azı 2 il marketinq sahəsində iş təcrübəsi;
- Rus və İngilis dillərini bilmə;
- ünsiyyətqurma bacarığı;
- satış bacarığı;
- analitik düşüncə;
- yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.