Bank VTB (Azərbaycan) Anderrayter vəzifəsinə işçi axtarır.
Tələblər:
- Maliyyə və iqtisadiyyat sahəsində ali təhsil;
- Bank sektorunda kredit təhlili sahəsində iş təcrübəsi (azı 1 il);
- Bank kreditləşməsi, maliyyə, kredit və portfel təhlilinin aparılması sahəsində biliklər;
- Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktlarına bələd olma;
- Rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;
- MS Office (Word, Excel, Access) proqramında sərbəst işləməyi bacarmaq;
- məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləyə bilmək bacarığı.
Əməkdaşın əsas funksiyaları:
- pərakəndə kredit məhsullarının risk təhlili;
- müştərilərin kreditləşməsinin limitlərinin hesablanması, Mərkəzi Kredit Reyestri ilə iş;
- borcalanların yoxlanması/təhlili (telefon, internet vasitəsilə).
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).