"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Şirkətin bütün fəaliyyət istiqamətlərində biznes-proseslərin hazırlanması, sənədləşdirilməsi və normativ sənədlərin hazırlanması;
• Normativ sənədlər bazasının idarə edilməsi;
• Mövcud biznes proseslərin təhlili zamanı aşkarlanmış risklərin müvafiq struktur rəhbərləri ilə müzakirə edilməsi və nəzarət mexanızmı üzrə təkliflərin verilməsi;
• Mövcud proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və müvafiq struktur rəhbərləri ilə razılaşdırılması.
Tələblər:
• Biznes proseslərin idarə olunması üzrə ən azı 3 il iş təcrübəsi;
• Ali təhsil;
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
• Komputer bilikləri; Ms Word, Ms Visio və ya oxşar PT.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.