Show

30 Yanvar

"Azərşəkər" işçi axtarır – VAKANSİYA

Azərşəkər Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis VƏZİFƏSİNƏ İŞÇİ AXTARIR.

• Təsərrüfatlar üzrə əkinçilik planlarının, kənd təsərrüfatı bitkilərinin texnoloji xəritələrinin hazırlanmasında iştirak edir;
• Təsərrüfatların ehtiyacını nəzərə alaraq daha keyfiyyətli toxum, gübrə və pestisidlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdımaların aparır;
• Kənd təsərrüfatı bitkilərində yayılmış xəstəlik və zərərvericilərin, alaq otları ilə mübarizədə daha effektiv mübarizə üsullarının müəyyənləşdirilməsində iştirak edir;
• Torpaqların münbitliyinin və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması istiqamətində aqrotexniki tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
• Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması barədə dünyada mövcud olan təcrübələrin (texnologiyaların) araşdırır və müvafiq təkliflər hazırlayır;
• Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı vegetasiya müddətində meydana çıxan problemləri müvafiq toxum, texnika, gübrə, pestisid şirkətləri ilə müzakirə edir, nəticələri barədə rəhbərliyə hesabatlar təqdim edir;
• Təsərrüfatda mövcud olan test əkinlərinin nəticələrini izləyir, müvafiq hesabatların hazırlanmasında iştirak edir;
• Gübrə, dərman, toxumların saxlanma rejimi və müddətlərini müəyyən edilməsində iştirak edir;
• Sahədə bitkilərin inkişaf dinamikasına uyğun həyata keçirilən monitorinq işlərinin nəticələrinin analizində iştirak edir;
• Texnoloji xəritəyə uyğun təsərrüfatlarda həyata keçirilən əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi barədə məlumatları toplayır və mövcud vəziyyəti analiz edərək rəhbərliyə hesabat verir.

Tələblər:

• Ali Təhsil ( Aqronomluq, Əkinçilik )
• Müvafiq sahədə ən azı iki il iş təcrübəsi
• Regionlara mütəmadi səyahət etmək imkanının olması
• Yüksək analitik bacarıqları olmalı
• Kompüter bilikləri: MS Office/Excel, Power Point mükəmməl işləmə bacarığı
• Azərbaycan dili -əla, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməlidir

Əlavə məlumat:

Iş yeri: BEGOC Biznes mərkəzi, Zərifə Əliyeva 93
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir

Maraqlanan şəxslər öz CV formalarını "KT layihələri üzrə mütəxəssis" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.