Rabitəbank ASC Satışa Dəstək Departamentində Ekspert vəzifəsinə işçi axtarır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Fondlara göndərilən müştəriyə aid maliyyə hesabatlarının düzgünlüyünü yoxlayır, tələb olunduqda düzəlişlərin edilməsini təmin etmək;
- Hesabatların düzgün tərtib olunması üçün zəruri təkliflər verilməsi və aidiyyatı əməkdaşlara təlimlərin keçirilməsi;
- Fəaliyyəti barədə departamentin fondlar üzrə səlahiyyətlisinə həftəlik hesabat təqdim etmək;
- Struktur qarşısında qoyulan hədəflərin tələb olunan vaxtda və keyfiyyətdə icra edilməsi, digər əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində əməli işlər görmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil (Maliyyə və İqtisadi sahədə olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
- Komanda tərkibində işləmə bacarığı;
- Təşəbbüskarlıq, operativlik və detallara qarşı diqqətlilik;
- MS Excel proqramında əla səviyyədə işləmə bacarığı;
- Sahə üzrə ən azı 2 illik iş təcrübəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satışa Dəstək - Ekspert” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33