Kontakt Home Reklam yerləşdirilməsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Ənənəvi reklam kanallarında reklamların yerləşdirilməsi: çöl reklamı, televiziya və radio reklamı, nəqliyyat və nəşriyyatda reklam;
• Media-planların hazırlanması;
• Mövcud yerləşdirmələrin analizi;
• İşin istiqaməti üzrə sənədlərin və təqdimatların hazırlanması;
• Mağazalar üçün POS materialların hazırlanması.
Tələblər:
• Çöl reklamı, televiziya və radio reklamı, nəqliyyat və nəşriyyatda reklamın yerləşdirilməsi üzrə iş təcrübəsi – 1 ildən çox;
• Müxtəlif POS materialların hazırlanmasında və mağaza tərtibatında iş təcrübəsi;
• Ofis proqramlarından və brauzerlərdən professional istifadə bacarığı (böyük verilənlər bazası, Excelin müxtəlif funksiyaları, diaqramlarla iş gözlənilir).
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Reklam yerləşdirilməsi üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.