Show

28 Yanvar

"PASHA Bank" işçi axtarır – VAKANSİYA

PAŞA Bank Girovların İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis axtarışındadır.

Vəzifənin məqsədi

Bankın Risk Management funksiyasına töhfələrin verilməsi, bankı xarici risklərdən qorumaq, girov portfelinə nəzarət, girovların düzgün və ədalətli qiymətləndirilməsi və monitorinqi.

Vəzifə Öhdəlikləri

• Girovların qiymətləndirilməsi
• Müstəqil qiymətləndirmə şirkətlərin hesabatlarına rəyin verilməsi
• Girovların nəzarət edilməsinə aid məsələlərə nəzarət
• Əmlak bazarının təhlili

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Aktivlərin qiymətləndirilməsi üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (orta)
• Kompüter bilikləri: Microsoft Office
• Bazar biliyi: Tələb olunur.
• Digər: Güclü ünsiyyət və konflikti həll etmək bacarığı, analitik təhlil, innovativ düşünmə qabiliyyəti və özünü inkişafı təbliğ etmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Girovların İdarə Edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.