Azərbaycan Beynəlxalq Bankı Filiallarla iş departamenti Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssisvəzifəsinəvakansiyası elan edir.
Bu vəzifə sahibləri Bankın bütün Müştəri Xidməti Strukturlarında ( MXS) xidmət və keyfiyyət baxımından işlərin həyata keçirəcək, bu sahə ilə bağlı boşluqların tapılması, araşdırılması və tədbirlərin görülməsinə nəzarət edəcəkdir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- MXS-də göstərilən xidmət səviyyəsinin məsafədən və yerində müəyyən olunmuş meyarlarla ölçülməsi və qiymətləndirilməsi;
- MXS-də aparılan monitorinq və qiymətləndirmələrə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
- MXS ilə bağlı daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlərin aparılması;
- İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
- MXS-in iş şəraitinin qiymətləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin görülməsi;
- MXS əməkdaşları tərəfindən daxil olan təkliflərin qeydə alınamsı və araşdırılması
Vakant vəzifə üzrə tələblər:
- Alitəhsil(riyazi və ya iqtisadi);
- Minimum 1 il bank sektorunda-maliyyə-hesabatlıq, filialda (əməliyyat, kredit və ya nəzarət) iş təcrübəsi;
- Ofis proqramlarında, xüsusi ilə yüksək excel bilikləri;
- Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür)
Bu iş sizə nələri qazandıracaq:
- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Yanvar2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər vəvəzifə adının “Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az